PRESS CENTER
Yaxın vaxtlarda Bakıya 100 ədəd yeni avtobus gətiriləcək
31.03.2016
Şəhər nəqliyyatı, xüsusilə sərnişindaşıma sahəsində vətəndaşlara uzun illərdir ...
XALİQ FAİQOĞLU ŞİRKƏTİNİN YENİ TƏMİR MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
02.07.2016
2002-ci ildən Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiq...
Yaxın vaxtlarda Bakıya 100 ədəd yeni avtobus gətiriləcək
31.03.2016

Şəhər nəqliyyatı, xüsusilə sərnişindaşıma sahəsində vətəndaşlara uzun illərdir xidmət göstərən “Xaliq Faiqoğlu” şirkəti korporativ sosial məsuliyyət proqramı çərçivəsində xidmət keyfiyyətinin artırılması, vətəndaş-sürücü münasibətlərinin təkmilləşdirilməsi, həmçinin avtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarına ciddi riayət olunmasını təmin etmək məqsədilə vətəndaşlar üçün “Qaynar xətt” istifadəyə verib. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən 300-dən artıq marşrut avtobuslarının daxilində sərnişinlər üçün, xaricində isə yol hərəkəti iştirakçıları üçün xüsusi elanlar vurulub.  

 Vətəndaşların nəzərinə çatdırılır ki, əgər sərnişinlər şirkətə məxsus olan avtobuslarda hər hansı qayda pozuntusu, təhlükəli idarəetmə və yüksək sürət həddi, sərnişinlərlə kobud rəftar, mobil telefondan istifadə və ya digər xoşagəlməz hallarla rast gəldikləri təqdirdə (012) 430 85 85 və (055) 544 64 05 nömrəli “Qaynar xətt”ə müraciət edə bilərlər. Avtobusların dayancaqdan kənar saxlanılması hallarının qarşısını almaq məqsədilə şirkət rəhbərliyi sərnişinlərdən anlayış göstərmələrini xahiş edir.

Qeyd edək ki, 2004-cü ildən Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkət istismarında olan 300-dən artıq avtonəqliyyat vasitəsi ilə 16, 18, 20, 37, 52, 61, 65, 79, 85, 96, 114, 119, 135, 199 saylı marşrut xətləri üzrə vətəndaşlara xidmət göstərir. 2014-cü ildə "Avro 5" standartlı "İsuzu Citibas" markalı avtobuslar Bakı şəhərinə ilk dəfə “Xaliq Faiqoğlu” şirkəti tərəfindən gətirilib. Yaxın vaxtlarda daha 100 ədəd müasir avtobusların gətirilməsi nəzərdə tutulub.

 

XALİQ FAİQOĞLU ŞİRKƏTİNİN YENİ TƏMİR MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
02.07.2016

2002-ci ildən Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu”MMC-nin bu gün yeni təmir mərkəzi istifadəyə verilmişdir. Yeni konsepsiyada inşa olunmuş, müasir diaqnostik və təmir cihazları ilə təchiz olunmuş mərkəzdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməklə şirkətin istismarında olan avtobuslara gündəlik baxış və servis xidməti göstəriləcəkdir. Burda avtobusların daxili və xaricinin təmizlənməsi o cümlədən avtobus salonlarının dezinfeksiyası həyata keçiriləcəkdir. Mərkəzdə çalışan geniş iş təcrübəsinə malik olan mütəxəssislər dəfələrlə xarici ölkələrdə təlim və ixtisasartırma kurslarında iştirak etmişlər.
    Bununla yanaşı təmir mərkəzinin inzibati binasında sürücülərin xəttə çıxmadan öncə həkim müayinəsindən keçmələri üçün xüsusi həkim otağı, dispetçr, ehtiyat hissələrinin saxlandığı anbar və ofis otaqları mövcuddur. Bu gün dövlət tərəfindən sahibkarlığın inkişafına xüsusi qayğı göstərilir deyən şirkətin rəhbəri Faiq Seyidov Təmir mərkəzində 50-ə yaxın yeni iş yerinin yaradıldığını bildirmişdir.  Cənab Prezidentin sərəncamı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma sahəsində həyata keçirilən islahatlarda yaxından iştirak edən Xaliq Faiqoğlu şirkəti tərəfindən Bakı şəhərinə yeni, iritutumlu 12 metrlik avtobusların gətirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa iyul ayının sonunadək şirkətin istismarında olan 18, 61 ,65, 79, 85 və 96 saylı marşrut xəttlərində Bakı Kart sistemi tətbiq olunacaqdır. Şirkət tərəfindən xidmətin keyfiyyətinin artırılması məqsədilə qarşımızda duran ən vacib məsələ sürücülərin beynəlxalq səviyyəli təlimlərə cəlb olunmasıdır. Bu məqsədlə şirkət dünyaca məşhur Almaniyanın Hed Akademi şirkəti ilə əməkdaşlığa başlamışdır  deyə Faiq Seyidov bildirmişdir.