TƏSİSÇİNİN MÜRACİƏTİ

Əziz dostlar, dəyərli müştərilərimiz və tərəfdaşlarımız!

Ölkəmizin tərəqqisi və xalqımızın rifah halının yüksəldilməsi naminə müasir Azərbaycan iqtisadiyyatının inkişafında SAFA Holding şirkəti olaraq yaxından iştirak etmək və bu inkişafa öz töhfələrimizi vermək mənim üçün qürurverici bir hissdir. 

Azərbaycan iqtisadiyyatı 2004-cü ildə yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dönəmdə Xaliq Faiqoğlu adıyla fəaliyyətə başlayan holdinq, siyasi-iqtisadi sabitlik fonunda dövlətimizin sahibkarlığa göstərdiyi dəstəyindən ruhlanaraq daha da inkişaf etmiş və fəaliyyət sahələrini genişləndirməyə başlamışdır.

Ölkəmiz Posneft dönəminə keçidlə əlaqədar qeyri-neft sektorunun inkişafında yeni mərhələyə qədəm qoymuşdur. Bu dövrdə yeni layihələr reallaşdıran holdinqdə yüzlərlə yeni iş yerləri açılmışdır. Fəxrlə qeyd etmək istərdim ki, bu gün SAFA Holding ailəsində çalışan minlərlə insan istər sərnişindaşıma sahəsində, istərsə pərakəndə biznesdə milyonlarla müştəriyə xidmət göstərir.

Sosial-iqtisadi sabitlik və Azərbaycan iqtisadiyyatının dinamik inkişafı bizə yeni layihələrin reallaşdırılması üçün geniş imkanlar yaradır. SAFA Holdinq olaraq milli-mənəvi dəyərlərimizə hörmət, biznes prinsiplərinə sadiqlik, müştərilərimiz və tərəfdaşlarımızla etibarlı, davamlı biznes əlaqələrinin şəffaf şəkildə, güvənli olaraq inkişaf etdirilməsi ən böyük dəyərimizdir.